Reproduktiv sağlamlıq
Aprelin 1-i Təhsil institutunun əməkdaşı, Elm və Təhsil Nazirliyinin Reproduktiv sağlamlıq üzrə kordinatoru Rövşanə Qənbərova VI siniflərin qız şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirib.
Seminarda yeniyetməlik dövrünün xüsusiyətləri, uşaqların inkişaf mərhələləri, bioloji və cinsi yetişkənlik, yetkinlik dövrü diaqramı, qadın reproduktiv sistemi və digər mövzular haqqında şagirdlərə ətraflı məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.