31 mart – Azərbaycanlıların Soyqırımı

Martın 29-da məktəbdə təcrübə keçən Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin təşkilatçılığı ilə 31 mart – azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Təcrübənin Təşkili Sektorunun müdiri Nərgiz Abışova, BDU-nun Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müəllimləri -Tarix üzrə Fəlsəfə doktoru, Dosent Nurlan Abbasov və Elşən Aslanov iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və faciə qurbanlarının, o cümlədən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut ilə yad edilməsi ilə başlayıb.

 Tədbirin aparıcısı BDU-nun tarix fakültəsinin tələbəsi Nihad Fərzalıyev erməni daşnak-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınlarının səbəbi, mahiyyəti və nəticəsindən,  Aynur Müslümova isə 44 günlük Vətən müharibəsindəki haqq uğrunda aparılan mübarizədə qazanılan “Qarabağ zəfəri” haqqında danışıb.

Sonra şagirdlər müxtəlif mahnılar ifa edib, şeirlər səsləndirib, səhnəciklər göstəriblər. 31 mart – Azərbaycanlıların Soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Məktəbin direktoru Tünzalə Zeynalova, BDU-nun Fəlsəfə doktoru, Dosent Nurlan Abbasov çıxış edərək bolşevik -daşnak dəstələrinin xalqımıza qarşı törətdiyi soyqırımdan, şanlı tariximizdən və s danışaraq təcrübəçi tələbələrə dərin təşəkkürünü bildirib  və böyüməkdə olan gənc nəslə Azərbaycan tarixini dərindən öyrənməyi tövsiyyə edib.

Sonda qonaqlarla tədbir iştirakçıları xatirə şəkli çəkdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi