FƏRQLƏNMƏ ATTESTATLARI VERİLDİ.

23.06.2025-ci il tarixində 49 nömrəli “İntellekt”məktəb-liseydə 2024-2025-ci tədris ili üzrə XI sinfi bitirən məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatları verildi. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olundu.
Qeyd edək ki, tam orta təhsil haqqında fərqlənmə attestatı tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir
Məktəbin direktoru Elza Bağırzadə məzunları təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Yolunuz açıq olsun, əziz məzunlar!
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Attestat #intellektlisey