49 nömrəli məktəb-liseydə məzunlara attestatlar təqdim olundu!

19 iyun 2025-ci il tarixində 49 nömrəli "İntellekt" məktəb-liseydə 2024–2025-ci tədris ili üzrə XI sinfi bitirən məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edildi. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən təqdim olunub.
Tədbirdə məktəbin direktoru Elza Bağırzadə çıxış edərək məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar, yüksək nəticələr və uğurlu seçimlər arzuladı. O, həmçinin vurğuladı ki, bu sənəd yalnız bir mərhələnin sonu deyil, həm də yeni həyat yollarının başlanğıcıdır.!