17 iyun 2025 ci il tarixində Rafael Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseydə 2024–2025-ci tədris ilinin yekununa həsr olunmuş pedaqoji şuranın növbəti iclası keçirilib.

17 iyun 2025 ci il tarixində Rafael Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseydə 2024–2025-ci tədris ilinin yekununa həsr olunmuş pedaqoji şuranın növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağlrzadə öz çıxışında tədris ilinin müvafiq əmr və təlimatlara uyğun şəkildə təşkil olunduğunu vurğulayaraq, il ərzində məktəbdə görülmüş işlər, təlim-tərbiyə sahəsində əldə edilən nailiyyətlər, olimpiada və buraxılış imtahanlarının nəticələri, məktəbin inkişaf planına əsasən qoyulmuş hədəflərə nail olunma səviyyəsi barədə geniş məlumat vermiş və bu uğurlarda əməyi keçən bütün müəllimlərə təşəkkürünü bildirib.
İbtidai siniflər üzrə hesabatı direktor müavini Həsənova Şəhla təqdim etmiş, görülən işlər və təlim nəticələri haqqında ətraflı məlumat verib.
Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Əlibəyli Aysel və Bədirova Aynur V–XI siniflər üzrə tədris nəticələri, yay tapşırıqları alan və biliyi qiymətləndirilməyən şagirdlər barədə hesabat təqdim ediblər.
Məktəbin təşkilatçısı Əhmədoğlu Sevinc tədris ili ərzində həyata keçirilmiş tədbirlər, layihələr və şagird davranış qaydaları ilə bağlı görülən işlər barədə çıxış edib.
Məktəb psixoloqları Aysel Məmmədova və Gülnar Şükürova il ərzində aparılmış psixodiaqnostik testlər, sorğular, seminarlar və maarifləndirmə işləri ilə bağlı hesabatlarını təqdim ediblər.
İclasın sonunda çalışmanın yaş həddini tamamlayan müəllimlərə səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim olunub.