15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirildi!

Məktəb-liseydə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbirdə müəllim və şagirdlər iştirak edərək Azərbaycanın müstəqilliyinin qorunmasında ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışdılar.
Diskussiya zamanı 1993-cü ilin ictimai-siyasi vəziyyəti, ölkəni parçalanmadan və xaosdan xilas edən liderlik keyfiyyətləri və bu günün Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti vurğulandı.
Tədbirin sonunda şagirdlər fikirlərini bölüşdülər və suveren Azərbaycanın inkişafında gənc nəslin rolu barədə müzakirə aparıldı.