HAQQIMIZDA

     

     Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseyin əsası 1929-cu ildə qoyulmuşdur və "Məktəb saray" adı ilə fəaliyyət göstərmişdir. Məktəb-lisey hal-hazırda şəhid Rəfail Hüseynovun adını daşıyır. Məktəb-liseydə tədris Azərbaycan dilində aparılır. Məktəb-lisey əsaslı şəkildə təmir edilmiş, bütün avadanlıqlarla təchiz olunmuşdur. Hazırda məktəb-liseydə 73 sinifdə 2010 şagird komplektləşdirilmiş və onların təlim-tərbiyəsi ilə 111 müəllim məşğul olur. Məktəb birnövbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. 2006-cı ildə Təhsil Nazirliyinin sərəncamı ilə məktəb-liseydə lisey siniflər yaradılmış və "İntellekt" məktəb-lisey adını almışdır. Lisey siniflər V-XI sinifləri əhatə edir . Məktəb-liseydə şagird müəllim nisbəti 1:15-dir. Müəllimlərin 91%-i ali təhsillidir. Müəllimlərimizdən bir neçəsi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, “Əməkdar müəllim” adına layiq görülmüşlər. Məktəb-liseydə iki xarici dil - ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq  "Şahmat" fənni tədris olunur. Məktəb-lisey 2011-ci ildən başlayaraq "İngilis dilinin intensiv tədrisi" layihəsinə qoşulmuşdur. Bundan əlavə, məktəb-liseyin müəllimləri təlim texnikasının tətbiqi üzrə layihələrdə, kurslarda, müxtəlif inkişafyönümlü təhsil proqramlarının inkişafında fəal iştirak edir, sertifikatlar alırlar. Məktəb-liseyin müəllimləri tədris zamanı "Ağıllı lövhədən", "Elektron dərslikdən", İKT-dən səmərəli istifadə edirlər ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır. 2021-2022 ci tədris ilindən etibarən məktəb-liseydə 6-ci siniflərdə STEAM dərsləri tədris olunur.Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq  qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi şagirdlərdə yüksək səviyyəli düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə  təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır.Məktəblərdə STEAM şagirdlərə kommunikasiya,  komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir. Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarına görə məktəb-lisey məzunlarının ali məktəblərə qəbul göstəriciləri ildən-ilə yüksəlir. 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul 85% olmuşdur. Məktəb-liseydə şagirdlərin vətənpərvərlik, xüsusilə, hərbi vətənpərvərlik tərbiyəsinin, milli iftixar hissinin artırılmasında, milli zəmin, ümumbəşəri dəyərlərə əsaslanmaqla siyasi, maarifi, əxlaqi və estetik tərbiyənin təşkilində sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə geniş yer verilir. Şagirdlərimiz müxtəlif yarışlarda, inşa, şeir, rəsm müsabiqələrində fəal iştirak edirlər ki, bu da onların dünyagörüşlərinin formalaşmasında mühüm rol aynayır.

     Məktəb-lisey tarixi məktəbdir. Belə ki, 1941-1945-ci illərdə 369-cu atıcı diviziya bu məktəbdən yola salınmışdır, müharibə illərində məktəbdə hospital fəaliyyət göstərmişdir. Məşhur "Bizim Cəbiş müəllim" filmi də bu məktəbdə çəkilmişdir. Məktəbdə zəngin kitabxana mövcuddur. Kitabxana illik iş planına uyğun olaraq genişmiqyaslı tədbirlər keçirir.

     Məktəb-lisey təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi