Kiçik Akademiya

28 May-- Respublika Gününə həsr olunmuş rəsmlərMayın 26-da məktəb-liseyin "Kiçik Akademiyası" nın tarix-coğrafiya bölməsinin istedadlı şagirdləri 28 May-Respublika günü ilə əlaqədar rəsmlər çəkdilər, öz düşüncələrini rəsmlərlə ifadə etdilər.

Ətraflı

"İntellekt" divar qəzetiMayın 18-də məktəb-liseydə "Kiçik Akademiya"nın orqanı kimi "İntellekt" divar qəzeti təsis edildi.

Ətraflı

Kiçik AkademiyaTəhsil Nazirinin 21.01.2018-ci il 63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli F-265 nömrəli əmrinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əsasnaməsinin 15.6 bəndinə uyğun olaraq R.Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb- liseydə “Kiçik Akademiya” 14.10.2019-cu il tarixindən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətlərinə dəstək olunması, elmi tədqiqata meyli olan və xüsusi istedadı olan şagirdlərin aşkar olunmasından ibarətdir. Şagirdlərin dünyagörüşünü formalaşdırmaq üçün ekskursiyaların təşkil olunması, elmi layihələrdə iştirak olunması, məruzə və referatların hazırlanması əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya” fəaliyyətə başladığı müddətdən zəruri işlər həyata keçirilib, belə ki, akademiyanın fəaliyyət planı hazırlanaraq , təsdiq edilib. Şagirdlərin meyl və bacarıqları nəzərə alınaraq müvafiq bölmələr üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən bölmələr üzrə aylıqlar keçirilib. Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məqsədlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılmasını, xüsusi istedadlı şagirdlərin, yəni, “Kiçik alimlər”in aşkarlanmasını planlaşdırır. Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Akademiyanın prezidenti: Şəhla Əliyeva, müavinlər: Musayeva Pərvanə, Axundova Sevda, Abbasova Şəfa, Tanrıverdiyeva Gülyanaq, Həbibova Azadə, Abdullayeva Gülşən, Ağayeva Təranə, Əliyeva Sədaqət, Şirinov Akif

Ətraflı
HAQQIMIZDA

     

     Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseyin əsası 1929-cu ildə qoyulmuşdur və "Məktəb saray" adı ilə fəaliyyət ...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Əliyev Mehman

Azər İsayev Habil

HAQQIMIZDA

     

     Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseyin əsası 1929-cu ildə qoyulmuşdur və "Məktəb saray" adı ilə fəaliyyət ...

BİZİM FƏXRLƏRİMİZ

Kənan Əliyev Mehman

Azər İsayev Habil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi