FƏXRİMİZ

Hüseynov Rəfail Maarif  

(1974-1993)

     Hüseynov Rəfail Maarif oğlu 1974-cü il mart ayının 4-də Zəngilan rayonunun Seyidlər kəndində anadan olmuşdur. Hüseynov Rəfael Maarif oğlu 1980-ci ildə Seyidlər kənd orta məktəbinin I sinfinə daxil olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinin Səbail rayonunun Bayıl qəsəbəsinə köçmüşdür. Həmin rayonun 49 nömrəli məktəbinə daxil olmuşdur. 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi hissədə 4 ay xidmət edib. Könüllü olaraq Ağdam rayonunun bir sıra kəndlərinin müdafiəsində iştirak etmişdir.

     1993-cü il mart ayının 15-də Xramat kəndində qəhrəmancasına həlak olmuşdur. Subay idi. Rəfail hələ gənc olsa da düşmənin qarşısında əyilməyən bir vətən oğlu idi.

      23 fevral 1994-cü il tarixində Bakı Şəhər Xalq Deputatları Sovetinin rəyasət heyətinin qərarı ilə 49 №-li məktəbə şəhidin adı verilmişdir. Hal-hazırda təhsil aldığı 49 №-li "İntellekt" məktəb-lisey şərəflə onun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi