“Yaşıl layihə-Suveren dövlətin ekoloji dəyərləri”tədbirlər planına uyğun ekskursiya!

“Yaşıl layihə-Suveren dövlətin ekoloji dəyərləri”tədbirlər planına uyğun ekskursiya!
49 nömrəli “İntellekt” məktəb-liseydə “Yaşıl layihə” çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə II B və VI E sinifləri Nəbatət bağına ekskursiyada olublar.
Ekskursiya zamanı şagirdlər müxtəlif növ ağac və bitkilərlə yaxından tanış olub, təbiətə olan maraqlarını nümayiş etdiriblər. Onlar həmçinin biomüxtəliflik, ekosistem və ətraf mühitin qorunmasının əhəmiyyəti ilə bağlı məlumatlandırılıblar.
Ekskursiya şagirdlərdə təbiətə sevgi və ekoloji dəyərlərə hörmət hissinin formalaşmasına töhfə verib.