23 İyun Olimpiya günü münasasibətilə OCEP çərçivəsində həyata keçirilən təlimdən təşəkkür və təltif!

15 aprel – 20 iyun tarixlərində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində keçirilən “Olimpiya dəyərlərinin tədrisi” üzrə təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirdiyinə və Olimpiya ruhunun məktəblilərə aşılanmasında göstərdiyi səylərə görə 49 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Şəbnəm İsmayılova təltif olunub. Bu uğur münasibətilə ona təqdim olunan sertifikat bizim üçün qürurvericidir.

Olimpiya Günü münasibətilə məktəbə göndərilən bu dəyərli təqdir və dəstəyə görə Azərbaycan Milli Olimpiya Komitəsinə səmimi təşəkkürümüzü bildiririk. Bu əməkdaşlıq gələcəkdə də şagirdlərimizdə sağlam həyat tərzi, ədalət, hörmət və dostluq kimi əsas Olimpiya dəyərlərinin formalaşmasında mühüm rol oynayacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi