Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Yusif Vəli oğlunun anım gününə həsr olunmuş tədbir

Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonu Böyükdüz kəndində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. 44 saylı orta məktəb onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub. Hər il olduğu kimi bu gün də adını daşıdığı məktəbin kollektivi Milli Qəhrəmanın şəhid olduğu günü qeyd etdi. 44 saylı məktəbin şagird kollektivi milli qəhrəmanın məktəbin həyətində yerləşən büstü qarşısında tər qərənfillər qoyuldu, bir dəqiqəlik sükutla yad edildi. Sonra qəhrəmanımızın torpaqlarımız uğrunda şəhid olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirə tamaşa etməyə qonaqlar və məktəb kollektivi, şagirdlər məktəbin akt zalına dəvət olundu. Məktəblilərin səhnələşdirdiyi kompozisiyalar, səhnəciklər, şer parçaları insan ürəyini riqqətə gətirirdi. Tədbirdə hərbi vətəpərvər çıxışlar, şəhid arzularının tükənməsi, məhv olmuş ailələr haqqda məlumatlara da geniş yer verilmişdir. Gedişatda təşkilatçı müavin Q.Cəfərova Milli Qəhrəmanın qardası Asif Mirzəyev və qızı Nurlanə Mirzəyeva, bacısı qızı Nərminə, silahdaşı Seyidağa müəllimə və basqa təşkilatlardan gələn qonaqlara söz verdi. Şəhidin qızı tədbirdən təsirlənərək öz çıxışını göz yaşları ilə bitirdi.Silahdaşı çıxışlarını hərbi vətənpərvərlik ruhda sona yetirdi. Sonda məktəbin direktoru S.C.Əkbərova tədbirin təşkil olunmasında əməyi keçən hər bir insana öz təşəkkürünü bildirdi və məktəbin Yusif Mirzəyev adına layiq olmasında əlindən gələn idarəçiliyi əsirgəməyəcəyinə söz verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi