FƏXRİMİZ

Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində anadan olub.

1975-ci ildə İslam Səfərli adına 1 nömrəli orta məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. İnstitutu bitirdikdən sonra Mərkəzi Bankda Baş müfəttiş işləyib.

Yusif Mirzəyev 1978-1980-ci illərdə Milli Ordu sıralarına çağrılıb.  1988-ci ildə Xalq Hərəkatına qoşulub, onun ən fəal üzvlərindən biri olub. 1990-cı ilin Qanlı Yanvar hadisələrində fəal iştirak edib. Elə buna görə də Bakı komendatının əmri ilə həbs olunub, işdən çıxarılıb. Vətənin çətin və ağır günlərində Yusif Mirzəyev özünə yer tapa bilmir, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. Yusif tez bir zamanda taborun ən adlı-sanlı döyüşçülərindən birinə çevrilib. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.

Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub. Yusif Mirzəyev ailəli idi, bir övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində büstü qoyulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2005-ci ildə Yusif Vəli oğlu Mirzəyevin adı Bakı şəhəri Nəsimi rayonu 44 nömrəli tam orta məktəbə verilib. Məktəbdə onun büstü qoyulub.

 

         

 

 

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi