HAQQIMIZDA

                   Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəb 1923-cü ildə tikilib, 2011-ci ildə əsaslı təmir olunub. Məktəb 2000-ci ildən YUNESKO-nun üzvüdür. Məktəb 1 növbəlidir və 3 mərtəbə, 3 korpusdan ibarətdir. Məktəbdə təlim Azərbaycan dilində aparılır. Məktəbdə  xarici dil kimi  ingilis, rus dili və alman dili  tədris olunur. Məktəbin müəllimlərinin 80%-dən çoxu ixtisasartırma  və təkmilləşdirmə kurslarına cəlb olunub. Məktəbin müəllimləri diaqnostik qiymətləndirmədə yüksək nəticələr əldə ediblər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Namazova Sevda Nadir qızı 2009-cu ildə “Qabaqcıl Təhsil işçisi” Fəxri Fərmanı, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2019-cu ildə isə “Əməkdar müəllim” adına layiq görülüb. Məktəbin müəllimləri qabaqcıl təcrübələri özündə cəmləşdirən məqalələrlə mütəmadi olaraq mətbuatda çıxışlar edirlər, onlardan bəzilərinin dərsləri müvafiq internet saytlarında nümayiş olunub. Məktəbdə dərslər tədris planına uyğun həyata keçirilir.  Şagirdlərimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Bilik yarışı” nın rayon və şəhər turlarında uğurla iştirak ediblər. Məktəbdə bayram, tarixi və əlamətdar günlər, siyasi xadimlər və yaradıcı şəxslərin yubiley və yaradıcılıq gecələri müntəzəm şəkildə həyata keçirilir. Məktəbin şagirdləri  hərbi-vətənpərlik yarışlarından olan “Şahinlər”-də  III yerə, “Cəsurlar”-da isə şəhər üzrə II yerə layiq görülüblər.

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi