Heydər Əliyev ilinə həsr edilmiş rayon konfransı keçirilib“Kiçik Akademiya“ üzvlərinin Nəsimi rayonu üzrə Heydər Əliyev ilinə həsr edilmiş rayon konfransı keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirova konfrans iştirakçılarını salamlayıb, müzəffər Azərbaycan ordusunun qalibiyyəti haqqında danışıb, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib. Sonra şagirdlər öz tədqiqat işlərini təqdim ediblər. Kiçik Akademiya üzvlərinin I Ümumşəhər Konfransına seçim turu keçirilib. Seçim turunda münsiflər heyəti tərəfindən I, II, III yerlər müəyyənləşdirilib. Şagirdlərə diplomlar təqdim olunub.
ƏtraflıKiçik Akademiyanın üzvləri ekoloji layihədəXXI əsr-Müasir dünyada ekoloji problemlər və təbii sərvətlərin tükənməsi əsrimizin ciddi probleminə çevrilmişdir. Bu problemlə əlaqədar olaraq məktəbin Kiçik Akademiya üzvləri səfərbər olmuşlar. Yaşıllığın və şirin su ehtiyatlarının vacibliyini vurğulayan layihə ilə Akademiya üzvləri toplaşaraq görüş keçirmişdir. Kiçik Akademiyanın rəhbəri Təranə Nuriyeva yaranmış ciddi problemə şagirdlərin diqqətini yönəltmiş və görüləcək tədbirlər planı ilə onları yaxından tanış etmişdir.
Ətraflı"Kiçik Akademiya" rəhbərlərinin onlayn görüşüMartın 5-də Microsoft Teams platformasında "Kiçik Akademiya" rəhbərlərinin onlayn görüşü keçirilib. Görüşdə Nəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərinin Kiçik Akademiya rəhbərləri iştirak ediblər. Onlayn görüşdə "Şuşa ili" ilə bağlı keçiriləcək intellektual yarışın müzakirəsi olub. Yarış barədə Həcər Mahmudova geniş məlumat verib. İştirak edən şagirdlərə uğurlar arzulayırıq.
ƏtraflıKiçik Akademiyaların illik hesabatıKiçik Akademiyalar 2020-2021-ci tədris ilinin hesabatı üçün online şəkildə görüşüblər. Görüş zamanı bu tədris ilində görülən işlər barədə məlumatlar verilib. Məktəbin IX sinif şagirdi eyni zamanda "Kiçik Akademiyanın vitse-prezidenti Əli Qarayev bu iclasda iştirak edərək məktəbdə görülən işlərlə konfrans iştirakçılarını tanış edib. Qazandığımız uğurlar və əldə etdiyimiz nailiyyətlərlə bağlı videorolik təqdim olunub.
Ətraflı“İdeyalarımız məqsədimizdir” devizi ilə Kiçik AkademiyaMəktəbin Kiçik Akademiyasında humanitar, təbiət, fizika-riyaziyyat blokları fəaliyyət göstərir. Cəmi 65 şagirdlə fəaliyyətə başlayan akademiya bir çox işlər ortaya çıxarıb. İstedadları şagirdlərin özlərinin inkişaf etdirdiyi yer məhz bu akademiyadır.
Məktəbin Kiçik Akademiyasının loqosu biliyi, fikri, bacarığı özündə əks etdirir. “İdeyalarımız məqsədimizdir”-devizi ilə məqsədlərimizə birlikdə çatacağımıza inanırıq.
ƏtraflıKiçik Akademiya rəhbərlərinin görüşüNəsimi rayonunda yerləşən ümumtəhsil məktəblərində fəaliyyət göstərən "Kiçik Akademiya" rəhbərlərinin onlayn görüşü keçirilib. Görüş zamanı "Kiçik Akademiya" rəhbərlərinin fəaliyyətlərindən, gələcəkdə edilən işlərdən söhbət edilib. Görüş iştirakçılarının fikirləri dinlənilib. Eyni zamanda 211 nömrəli tam orta məktəbin Nəsimi rayonu üzrə mərkəz məktəb seçildiyi bildirilib. Qeyd edək ki, 44 nömrəli məktəb üzrə "Kiçik Akademiya"nın rəhbəri Təranə Nuriyevadır.
Ətraflı