Heydər Əliyev ilinə həsr edilmiş rayon konfransı keçirilib

“Kiçik Akademiya“ üzvlərinin Nəsimi rayonu üzrə Heydər Əliyev ilinə həsr edilmiş rayon konfransı keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra 164 nömrəli məktəbin direktoru Kəmalə Qədirova konfrans iştirakçılarını salamlayıb, müzəffər Azərbaycan ordusunun qalibiyyəti haqqında danışıb, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib. Sonra şagirdlər öz tədqiqat işlərini təqdim ediblər. Kiçik Akademiya üzvlərinin I Ümumşəhər Konfransına seçim turu keçirilib. Seçim turunda münsiflər heyəti tərəfindən I, II, III yerlər müəyyənləşdirilib. Şagirdlərə diplomlar təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi