Kiçik Akademiyanın üzvləri ekoloji layihədə
XXI əsr-Müasir dünyada ekoloji problemlər və təbii sərvətlərin tükənməsi əsrimizin ciddi probleminə çevrilmişdir. Bu problemlə əlaqədar olaraq məktəbin Kiçik Akademiya üzvləri səfərbər olmuşlar. Yaşıllığın və şirin su ehtiyatlarının vacibliyini vurğulayan layihə ilə Akademiya üzvləri toplaşaraq görüş keçirmişdir. Kiçik Akademiyanın rəhbəri Təranə Nuriyeva yaranmış ciddi problemə şagirdlərin diqqətini yönəltmiş və görüləcək tədbirlər planı ilə onları yaxından tanış etmişdir.