"1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"

Məktəbdə 4-cü sinif şagirdlərinin iştirakı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Çıxışlarda ümummilli lider Heydər Əliyevin uşaqlara göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də bu siyasətin bu gün də Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub. Ölkə rəhbərliyinin uşaqların rifahının təmin olunması, onların təhsili, sağlamlığı və hüquqlarının qorunması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı islahatlar və imzalanan mühüm sərəncamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bayram tədbiri məktəbin şagirdlərinin ifasında təqdim olunan bədii kompozisiyalarla davam edib. Balaca fidanların səhnələşdirdiyi səhnəciklər, söylədikləri şeirlər və səsləndirdikləri mahnılar tədbirə xüsusi rəng qatıb. Uşaqların sərgilədiyi istedad və çıxışlar valideynlər və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi