Şagirdin uğuru

Məktəbin 8 "A" sinif şagirdi Hüseynli Raul Ceyhun oğlu MÜTDA-nın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Ədəbiyyat Müsabiqəsində yazıçı-fantast Aleksandr Xakimovun “Странные посетители отеля DASHTVEND” adlı hekayəsi əsasında esse müsabiqəsində uğurla iştirak edib. Raulun yazdığı “Мой каменный пришелец” adlı esse mövzunun yaradıcı şərhinə görə fərqlənib və Məqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində, 5 iyun tarixində, yazıçının 65 illik yubileyi münasibətilə keçirilən təltifetmə mərasimində mükafatlandırılıb.

Şagirdin uğurunda əməyi keçən müsabiqə koordinatoru, rus dili müəllimi Həsənova Rahilə müəlliməyə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi