Məktəbin Fəxri Məzunu ilə Unudulmaz Görüş!

Mayın 30-da məktəbdə ölkəmizin ilk poliqrafçı alimi, yazıçı və məktəbimizin fəxri məzunu Şəddat Muğdat oğlu Cəfərov ilə xüsusi görüş təşkil olunub.
Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə keçirilən tədbir həm maarifləndirici, həm də duyğusal anlarla yadda qalıb. Şəddat müəllim öz çıxışında həyat yolundan, elmi uğurlarından və məktəb illərindən dəyərli xatirələrini bizimlə bölüşüb. Onun səmimi sözləri şagirdlərimizdə böyük maraq və həvəslə qarşılanıb.
Tədbiri məktəbin direktoru açaraq qonaqları salamlayıb. Şagirdlər tərəfindən təqdim olunan rəqs nömrələri tədbirə xüsusi rəng qatıb. Həmçinin, Şəddat müəllimin qızı Sevinc xanım və digər dəyərli qonaqların çıxışları tədbirə daha da dərin mənəvi məna qazandırdı.
Belə görüşlər bizə tarixi, ədəbiyyatı və məktəb dəyərlərimizi daha yaxından tanımaq və fəxr etdiyimiz şəxsiyyətlərlə bir arada olmaq imkanı verir. Bu gün bir daha qürur hissi ilə qeyd etdik ki, məktəbin yetirməsi olan belə görkəmli şəxsiyyətlər ölkəmizə böyük töhfələr verir.