"Son zəng" tədbiri keçirilib

İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktoru çıxışında ötən tədris ilində məktəbin əldə etdiyi nailiyyətlərdən, şagirdlərin uğurlarından və müəllim kollektivinin fədakar əməyindən danışdı. O, məzunlara xoş arzularını çatdıraraq vurğulayıb ki, məktəb onların ikinci evidir və burada qazandıqları bilik və bacarıqlar gələcək həyat yollarında möhkəm təməl olacaq.

Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək məzunları təbrik edib, onlara xoş arzularını çatdırıblar. Səmimi və duyğulu anlarla yadda qalan tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib. Şeirlər, mahnılar və səhnəciklər tədbirə xüsusi bir rəng qatıb, məzunlar və müəllimlər üçün unudulmaz xatirəyə çevrilib.

"Son zəng” tədbiri, məktəblə vidalaşan məzunlar üçün həm kədərli, həm də sevinc dolu bir gün kimi yadda qaldı. Onlar bu mərhələni geridə qoyaraq yeni bir həyata – tələbəlik illərinə qədəm qoyurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi