“Ailə Dəyərləri-Milli Mənəvi İrsimizin Qorunmasında”

Məktəbdə “Ailə Dəyərləri-Milli Mənəvi İrsimizin Qorunmasında” mövzusunda tədbir keçirilib
Məktəbdə milli dəyərlərimizin əsasını təşkil edən ailə dəyərləri mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə çıxış edən müəllimlər və qonaqlar ailənin milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində əvəzsiz rolunu diqqətə çatdırıblar. Sağlam və möhkəm cəmiyyətin formalaşmasında ailə dəyərlərinin önəmi xüsusi vurğulanıb.
Tədbirin sonunda şagirdlər mövzuya uyğun səhnəcik nümayiş etdirərək, ailə dəyərlərinin əhəmiyyətini canlı şəkildə nümayiş etdiriblər.