"Səhər idmanla başlayır" layihəsində müəllimin iştirakı

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında "Səhər idmanla başlayır" adlı layihəyə start verilib. Layihə çərçivəsində "Zabitlər parkı", "Dədə Qorqud" parkı və "Mərkəzi park"da gimnastika üzrə səhər məşqləri təşkil olunur.

Məktəbin fiziki tərbiyə müəllimi də bu layihədə aktiv iştirak edir. Onun iştirakı həm məktəbi təmsil etmək, həm də sağlam həyat tərzinin təbliğində töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu cür layihələr şagirdlər və cəmiyyət üçün idmanın və sağlam həyat tərzinin təşviqində mühüm rol oynayır. Müəllimi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi