15 sentyabr - “Bilik Günü"

Sentyabr 15-də məktəbdə yeni dərs ilinin başlanması münasibətilə “Bilik Günü" keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Əzizə Abasova çıxış edərək müəllim və şagird kollektivini, eləcə də valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Çıxışda Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyətə başlayan məktəblər haqqında qürurla danışılıb.

Sonda ilk zəng səsləndirilib və şagirdlər sinif otaqlarına yola salınıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi