“Suveren dövlətin ekoloji dəyərləri”

Məktəbdə “Suveren dövlətin ekoloji dəyərləri” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri ekoloji biliklərlə tanış etmək, təbiətə qayğı hissini artırmaq və onları ekoloji fəaliyyətlərə cəlb etmək olub.
Tədbir zamanı şagirdlər məktəbin həyətində ağacəkmə aksiyasında iştirak edərək müxtəlif bitkiləri əkib, onlara qulluq göstəriblər. Həmçinin, iməcilik təşkil olunub və bitkilərin suvarılması, becərilməsi ilə bağlı praktik işlər görülüb.
Məktəb rəhbərliyi belə layihələrin davamlı keçirilməsinin ətraf mühitin qorunmasında və gənclərin ekoloji maarifləndirilməsində önəmli olduğunu vurğulayıb.