“Yaşıl Sinif”lə Təbiətə Qayğı
“Suveren Dövlətin Ekoloji Dəyərləri” layihəsi çərçivəsində məktəbdə “Yaşıl Sinif” guşəsi təşkil olunub. Şagirdlər müxtəlif dibçək güllərinə xüsusi qayğı göstərərək, onların suvarılması, torpağın havalandırılması və pöhrə güllərin yeni dibçəklərə köçürülməsi işlərini həyata keçiriblər.
Bu təşəbbüs şagirdlərdə ekoloji şüurun artırılması və təbiətə qayğının gücləndirilməsi məqsədi daşıyır. “Yaşıl Sinif” həm məktəb mühitini gözəlləşdirir, həm də şagirdlərin məsuliyyət hissini inkişaf etdirir.
Layihə məktəbin ekoloji təhsildə yeni addımlar atmasına imkan yaradır.