"Vətənpərvərlik mövzusunda ədəbi müzakirə"

Mayın 12-də məktəbin kitabxanasında “7-dən 17-yə vətənpərvərlik layihəsi” çərçivəsində vətənpərvərlik mövzusunda ədəbi-bədii əsərlərin oxu və müzakirəsi təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli dəyərlərə hörmət, vətənə məhəbbət, torpağa bağlılıq kimi ali hisslərin aşılanması, onların mənəvi-psixoloji hazırlığının gücləndirilməsi olub.
Müzakirələr zamanı şagirdlər Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda qələmə alınmış əsərlərdən parçalar səsləndirib, müasir gənclərin vətənə baxışı barədə fikir mübadiləsi aparıblar. Belə tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında, vətənə bağlılıq və milli ruhun inkişafında mühüm rol oynayır.