Valideynlərlə maarifləndirici görüş keçirilib

Mayın 8-də məktəbdə məktəb-valideyn münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə valideynlərlə görüş təşkil olunub. Görüş zamanı şagirdlərin dərsə davamiyyəti, məktəbdə onlara aid davranış qaydaları, tədris nailiyyətləri və digər aktual məsələlər müzakirə olunub.
Valideynlər məktəbdə yaradılmış tədris mühiti ilə yaxından tanış olub, fənn kabinetlərinə baxış keçiriblər. Görüş zamanı valideynlərin sualları dinlənilib və onlara ətraflı cavablar verilib.
Bu cür görüşlər məktəb və ailə əməkdaşlığını daha da möhkəmləndirərək şagirdlərin təlim-tərbiyə prosesinə müsbət təsir göstərir.