"Azərbaycan xalqının II Dünya Müharibəsində qəhrəmanlığı"

Mayın 7-də məktəbin psixoloqu Nazilə Hüseynova şagirdlərlə görüş keçirərək Azərbaycan xalqının II Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş məruzə ilə çıxış edib. Məruzə zamanı müharibə illərində Azərbaycanın 600 mindən çox oğul və qızının faşizmə qarşı döyüşlərdə göstərdiyi rəşadət və misilsiz şücaət barədə geniş məlumat verilib. Azərbaycanın ümumi qələbəyə verdiyi töhfələr, xüsusilə də neftimizin müharibənin taleyində oynadığı həyati rol xüsusi vurğulanıb.
Nazilə Hüseynova həmçinin Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli tədbirdəki çıxışını xatırladaraq, həmin nitqdən fikirlərlə çıxışını tamamlayıb.