"Peşə Siniflərindən Dadlı Təqdimat"

Mayın 7-də peşə siniflərinin iştirakı ilə “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri çərçivəsində tədbir keçirilib. Tədbirdə şagirdlər öz kulinariya bacarıqlarını nümayiş etdiriblər, müxtəlif milli yeməklər hazırlanaraq təqdim olunub. Tədbir zamanı bədnam qonşularımız tərəfindən mənimsənilərək öz adlarına çıxarılan mətbəx nümunələrimiz haqqında ətraflı söhbət aparılıb, bu sahədə aparılan mübarizədən bəhs edilib. Eyni zamanda, Azərbaycanda son illərdə milli mətbəx mövzusuna həsr olunmuş kitablar haqqında iştirakçılara məlumat verilib və həmin nəşrlərin mətbəx mədəniyyətimizin qorunmasında rolu vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi