9 May–Faşizm üzərində Qələbə Günü

Mayın 6-da məktəbdə 9 May–Faşizm üzərində Qələbə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın müharibədəki rolu geniş şəkildə müzakirə edilib. 600 mindən çox azərbaycanlının faşizmə qarşı göstərdiyi igidlik və fədakarlıq diqqətə çatdırılıb. Azərbaycanın neftinin müttəfiqlərin döyüş qabiliyyətinə verdiyi dəstək vurğulanıb. Moskva, Stalinqrad və Kursk döyüşlərinin əhəmiyyəti xüsusi olaraq qeyd olunub. Bu müzakirələrdə Azərbaycanın müharibəyə verdiyi töhfələr və xalqımızın şanlı tarixinin gələcək nəsillərə çatdırılmasının vacibliyi ön plana çıxarılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi