"Sağlam nəsil-parlaq gələcək" layihəsi

Mayın 5-də məktəbdə "Sağlam nəsil-parlaq gələcək" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti aydın şəkildə izah olunub. Uşaqlara zərərli vərdişlərdən qaçmağın vacibliyi və bu vərdişlərin sağlamlığa vurduğu ziyan barədə geniş məlumat verilib. Həmçinin, şagirdlərə fiziki fəaliyyətin, düzgün qidalanmanın və psixoloji sağlamlığın qorunmasının əhəmiyyəti vurğulanıb.