Şagirdlər respublika elmi konfransında uğurla çıxış ediblər

Azərbaycan Dillər Universitetində keçirilən "Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı" adlı respublika tələbə-şagird elmi konfransında məktəbin şagirdləri iştirak ediblər. Alman dili müəllimi Gülnar Qarayevanın rəhbərliyi ilə şagirdlər konfransda uğurlu çıxış edərək iştirakçılar tərəfindən maraqla qarşılanıblar.
Konfransın sonunda Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla tərəfindən bütün iştirakçılar sertifikatlarla təltif olunublar.
Şagirdləri və müəllimi təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq!