Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə tədbir təşkil edilib. Tədbir iştirakçıları Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görkəmli oftalmoloqun xatirəsinə həsr olunmuş sərgi qarşısında şagirdlərə alimin müstəsna xidmətlərindən danışılıb.