Maarifləndirici görüş

Aprelin 28-də məktəbdə Zərifə Əliyevanın Anım Günü münasibətilə şagirdlərlə maarifləndirici görüş keçirilib. Məktəbin həkimi Nigar Əmirova şagirdlərə alimin fəaliyyətindən və xidmətlərindən danışıb. Zərifə Əliyevanın çoxsahəli fəaliyyətinin müxtəlif sahələrinə toxunulub. Xüsusilə, Zərifə xanımın dünyada oftalmologiya elminin inkişafında Azərbaycanın xüsusi rolunun olduğu qeyd edilib.