"Düzgün ixtisas seçimi"

Aprelin 18-də məktəbdə Bakı Regional Məşğulluq filialının əməkdaşları Nağı Qazax Akif oğlu və Kazımova Nərmin Fərman qızı tərəfindən "Düzgün ixtisas seçimi" mövzusunda seminar keçirilib. Tədbirdə VIII, IX, X və XI sinif şagirdlərinə düzgün ixtisas seçiminin əhəmiyyəti və bu prosesdə nəzərə alınması gərəkən faktorlar haqqında ətraflı məlumat verilib. Şagirdlər seminar zamanı əməkdaşlara müxtəlif suallar verərək, karyera və ixtisas seçimində hansı nüanslara diqqət etmələri lazım olduğu barədə dəyərli izahlar alıblar. Bu cür seminarlar şagirdlərin gələcək karyeralarına hazırlıq üçün vacib biliklər qazanmalarına kömək edir.