"Milli-mənəvi dəyərlərimizi qoruyaq"

Aprelin 11-də məktəbdə milli dəyərlərimizin əsas tərkib hissələrindən biri olan geyimlərimizlə bağlı tədbir keçirilib. Tədbirdə milli geyimlərin hazırlanmasında düzgün parça seçiminin, parçanın tərkibinin və tikiləcək geyimin növünün zövqlü alınmasının əhəmiyyətindən bəhs olunub. Şagirdlərə baş geyimləri haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, xalqımız baş geyimlərinə həmişə xüsusi həssaslıqla yanaşıb. Çünki bu geyimlər ucalıq, namus və ismət kimi dəyərləri özündə əks etdirir.