Aprel döyüşləri-böyük zəfərin başlanğıcı

Aprelin 1-də məktəbdə “İntellektual inkişaf” dərnəyi üzvlərinin iştirakı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunmuş nümunəvi məşğələ keçirilib. Nümunəvi məşğələdə dərnək üzvləri Vətən uğrunda canından keçən şəhidlərə həsr olunmuş təqdimatlar və şeir kompozisiyaları ilə çıxış ediblər.
Bu nümunəvi məşğələ, gənc nəsillərin vətənpərvərlik ruhunu artırmaq, Aprel döyüşlərinin əhəmiyyətini və şəhidlərin xatirəsini yad etmək məqsədini daşıyıb.