"Elektrik dövrəsi və dövrə elementləri"

Martın 13-də məktəbin 7 "B" sinfində fizika müəllimi Sevinc Qəniyevanın rəhbərliyi ilə "Elektrik dövrəsi və dövrə elementləri" mövzusunda açıq dərs keçirilib.
Dərs prosesində şagirdlər 4 qrupa ayrılıb və hər qrup fərqli təlim tapşırıqlarını yerinə yetirib. Steam fənni həm resurs, həm də inteqrasiya olaraq dərsə daxil edilib. Hər bir qrup verilən tapşırıqlara uyğun olaraq öz elektrik dövrələrini qurub və daha sonra növbə ilə bütün üzvlər öz layihələrinin təqdimatını ediblər. Tapşırıqlara daxil olan mövzular arasında dövrədə keçiricilik testi, kinetik enerjinin elektrik enerjisinə, elektrik enerjisinin kinetik enerjiyə çevrilməsi və sadə elektrik dövrəsi qurma yer alıb. Dərsin refleksiya mərhələsində isə lövhədə çalışmalar həll edilib və şagirdlər öz işlərini təhlil edərək nəticələri müzakirə ediblər.
Bu cür dərslər şagirdlərin praktiki bacarıqlarını inkişaf etdirir və onları fənnə qarşı maraqlı edir.