"Nazik linzada xəyalın qurulması"

Martın 12-də məktəbin 9 "C" sinfində fizika müəllimi Gülarə Mustafayevanın rəhbərliyi ilə "Nazik linzada xəyalın qurulması" mövzusunda açıq dərs keçirilib.
Dərs zamanı şagirdlər mövzu ilə bağlı kollektiv şəkildə iki fərqli krasvord həll edib, biliklərini tətbiq ediblər. Sonra toplayıcı linzalar vasitəsilə hər bir şagird müxtəlif məsafələrdə cisimlərin vəziyyətini təhlil edib. Müəllim şagirdləri mikroskop vasitəsilə adi gözlə görünməsi mümkün olmayan nümunələrin aydın şəkildə işıqlandırılmasını və müşahidə edilməsini təmin edib.
Dərs prosesi sonunda isə şagirdlər mövzunun nəticələrinə uyğun olaraq, Eyler-Venn diaqramı qurub məlumatları vizual şəkildə təhlil ediblər. Bu metodika şagirdlərə nəzəri məlumatları daha praktik və interaktiv şəkildə mənimsəməyə kömək edib.