"Yusif Mirzəyevin Anım Günü"

Fevralın 19-da məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir məktəbin akt zalında təşkil olunub. Məktəbin şagirdləri və qonaqlar Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib, sonra isə bir dəqiqəlik sükutla qəhrəmanı anıblar. Daha sonra şagirdlər şeir və səhnəciklərlə çıxış ediblər.
Yusif Mirzəyev 23 may 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən sonra Naxçıvan Rabitə Qovşağında işləyib və Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1990-cı ildə 20 Yanvar faciəsi zamanı xalq etirazlarına qoşulduğu üçün həbs edilib və həbsdə böyrəyi zədələnib. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və Goranboy, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib. O, 14 nəfərlik dəstəsi ilə bir çox əməliyyata qatılıb və Ağdərənin 17 kəndinin işğaldan azad edilməsində müstəsna xidmətlər göstərib. 1993-cü il fevralın 19-da Ağdərə rayonunda şəhid olub.