"Siqaretə yox deyək"

Fevralın 14-də məktəbdə "Siqaretə yox deyək" adlı maarifləndirici tədbir keçirilib. Məqsəd müasir dövrün, bəşəriyyətin ən qlobal problemlərindən biri olan sağlamlığa geri dönüşü olmayan tütün məhsulları və onların törətdiyi bəlalar haqqında şagirdləri məlumatlandırmaq idi. Siqaretin dəhşətli zərərli təsirləri, ondan xilas olmanın yolları şagirdlərin diqqətinə çatdırılıb.