“Alternativ Question” mövzusunda açıq dərs

Fevralın 10-da məktəbin ingilis dili müəllimi Günel Nağıyeva tərəfindən "Alternativ Question" mövzusunda açıq dərs keçirilib. Dərsdə şagirdlərə alternativ sualların necə qurulması və hansı hallarda istifadə edilməsi izah edilib. Müəllim şagirdlərə fərqli situasiyalarda alternativ suallar verməyi və cavablandırmağı öyrətmək üçün praktiki məşqlər təşkil edib. Bu dərs şagirdlərin sual vermə bacarıqlarını inkişaf etdirməyə kömək edib.