Bullinqlə bağlı tədbir keçirilib

Fevralın 4-də məktəbdə şagirdlər arasında baş verən bullinq halları ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Şagirdlərə və müəllimlərə psixoloji dəstək haqqında məlumat verilib. Bullinqin növləri barədə söhbət açılıb. Sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərmək, təhsilalanların sağlam tədris mühiti ilə təmin olunması haqqında fikir mübadiləsi aparılıb.