Bullinqlə bağlı "dəyirmi masa"

Fevralın 3-də məktəbin psixoloqu Nazilə Hüseynova tərəfindən "Bullinqin mənfi təsirlərinin qarşısının alınması və psixoloji dəstəyin göstərilməsi” məqsədilə "dəyirmi masa" keçirilib. Şagirdlərlə bullinq halları ilə bağlı maarifləndirmə aparılıb.
Dəyirmi masa zamanı psixoloq şagirdlərə bullinqin nə olduğunu, bunun onlara necə təsir edəcəyini və bu cür vəziyyətlərdən necə çıxmaq lazım olduğunu izah edib. Eyni zamanda psixoloq bullinqin fiziki, emosional və sosial nəticələri barədə məlumat verib. Şagirdlərə bullinqin yalnız qurbanlara deyil, həm də zorakılığı edən şəxslərə və şahidlərinə mənfi təsir etdiyini vurğulayıb. Psixoloq şagirdlərə özlərinə inanmağı, güclü tərəflərini görməyi və qarşılarına çıxan çətinliklərlə mübarizə aparmağı öyrədib.
Bu cür tədbirlər məktəbdə təhlükəsiz mühitin təmin olunmasına, şagirdlər arasında güvən və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə, həmçinin bullinqə qarşı kollektiv mübarizə aparmağa imkan yaradır.