"Örnək Müəllim"

AzEdu.az Təhsil Portalı bir neçə ildir ki, ölkə üzrə aktiv və nümunəvi fəaliyyətləri ilə fərqlənən müəllimləri daha geniş ictimaiyyətə tanıtmaq məqsədilə xüsusi bir layihə həyata keçirir. Bu layihə çərçivəsində, örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur. Burada, modern tədris metodları tətbiq edən, təhsilalanların intellektual inkişafına mühüm töhfələr verən müəllimlər yer alır.

2024-cü ildə xüsusi fəaliyyəti ilə seçilmiş, "Örnək Müəllim" adına layiq görülən təhsilverənlərin siyahısında məktəbin ibtidai sinif müəllimi Təranə Nuriyeva yer almışdır. Böyük qürur hissi ilə müəllimi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi