7 "B" sinfində "Gürzə" mövzusunda açıq dərs

Dekabrın 23-də Fənn aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Əkbərovanın 7"B" sinfində "Gürzə" mövzusunda açıq dərsi keçirilib. Vüsalə müəllimə dərs prosesində innovativ və interaktiv iş üsullarından səmərəli istifadə edib. O, müxtəlif metodlardan istifadə edərək şagirdlərin marağını cəlb etməyi və mövzunun asan qavranılmasını təmin edib. Onun jest və mimikaları, şagirdlərlə səmimi əməkdaşlığı dərsin yüksək səviyyədə keçməsinə şərait yaradıb. Müəllim psixoloji cəhətdən dərsə hazır idi. Nitqi aydın, tərzi sakit idi. Qruplarla qurduğu işi ardıcıllıqla düzgün yerinə yetirə bilib.

Bu günki dərs iştirak edən bütün müəllimlərin yekdil rəyinə əsasən qənaətbəxş hesab olunub. Vüsalə müəlliməyə qarşıdan gələn müddətdə də uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi