Azərbaycan dili fənnindən nümunəvi açıq dərs
Məktəbin Azərbaycan dili müəllimi Həsənova Raminə 7 “A” sinfində “Felin şərt şəkli” mövzusunda maraqlı və innovativ dərs keçib. Müəllimə müxtəlif iş üsullarından istifadə edərək dərsin məzmununu şagirdlər üçün həm əyləncəli, həm də öyrədici edib. Raminə müəllimənin dərsdəki mimika və jestlərdən peşəkar istifadəsi, sinifdə yaratdığı rahat və diqqətcəlbedici mühit dərsin uğurla keçməsini təmin edib. Onun soyuqqanlılığı və yüksək pedaqoj bacarıqları şagirdləri fəal iştirak etməyə ruhlandırıb.
Həsənova Raminə müəlliməyə bu gözəl dərsi üçün təşəkkür edir, onun gələcək fəaliyyətlərində uğurlar arzulayırıq! Belə dərslər məktəbimizin tədris keyfiyyətini daha da yüksəldir.