Ədəbiyyat fənnindən nümunəvi açıq dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, peşəkar pedaqoq Həşimova Ceyran tərəfindən 11 “A” sinfində “Ömürdən etüdlər” mövzusunda yüksək səviyyəli açıq dərs təşkil edilib. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak edərək, Ceyran müəllimənin dərsə müasir və interaktiv yanaşmasını, şagirdlərlə qurduğu səmimi və öyrədici ünsiyyətini yüksək qiymətləndiriblər. Mövzunun təqdimatında müəllimənin zəngin elmi bilikləri və pedaqoji ustalığı dərsin effektivliyini artırıb və şagirdlərin dərsə marağını maksimum səviyyəyə çatdırıb. Həşimova Ceyran müəllimə şagirdlərə həm bilik verməkdə, həm də onları yaradıcılığa təşviq etməkdə nümunəvi pedaqoqdur. Onun bu dərsi məktəbimizdə tədris keyfiyyətinin daha da yüksəlməsi üçün gözəl örnək olub.

Bu cür uğurlu dərslərin təşkilində, gənc pedoqlara hərtəfəli nümunə olmasına və gənc nəslin təlim-tərbiyəsində danılmaz əməyinə görə Ceyran müəllimə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi