Maarifləndirici-profilaktik tədbir

Oktyabrın 22-də məktəbdə Polis Akademiyası və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə təşkilatçılığı ilə “Antinarkotik təbliğatı” ilə bağlı “Narkomaniya sosial bəladır” və “Zərərli vərdişlərə yox deyək” mövzularında maarifləndirici-profilaktik tədbir keçirilib. Tədbirdə Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvü, “Mülki hüquq” kafedrasının baş müəllimi, polis mayoru Ata Vəliyev, Nəsimi RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Yeganə Həsənova və polis baş leytenantı Ziba İbrahimova, məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin digər pedaqoji heyəti və 9 və 10-cu sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı polis mayoru Ata Vəliyev “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verib. A.Vəliyev çıxışında internet vasitəsilə törədilən kibercinayətlər barədə, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsinin mənfi təzahürləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərlə xatirə fotoşəkilləri çəkilib. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərlikləri tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi